Türkiyənin 3-cü Liqasında mübarizə aparan "Çorluspor 1947"nin məşqçisi Ersin Aka gəzinti zamanı naməlum şəxsin hücumuna məruz qalıb. İdman.biz Milliyet.com.tr-a istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:00 radələrində baş verib. Tapançadan ağır güllə yarası alan Aka yerə yıxılıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.