Bakıda noyabrın 11-dən etibarən keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilini qeyd etmək istəyirik. Day.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə bildirib.