Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında sərəncam imzalayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Azərbaycan Dövlət Tərcümə Mərkəzi" publik hüquqi şəxs ləğv edilir.