2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata yüksələcək. Day.Az modern.az-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsi ilə İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirdiyi birgə iclasda müzakirə edilib.