2024-cü ilin son aylarını yaşayırıq. Hazırda əmlak bazarında vəziyyət necədir? İllərdir mənzil sahibi olmaq istəyənlərin ümid yeri olan əmlak bazarı vətəndaşlara müsbət, yoxsa mənfi notlar vəd edir? Ümumilikdə götürdükdə son dövrlərdə əmlak sektorunda alıcı durğunluğu nəzərə çarpır. Lakin eyni sözü əmlak qiymətləri üçün deyə bilmirik.