Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevə hücum edərək ona qarşı quldurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.