Azərbaycanda bütün fəsillərdə öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də İsmayıllı rayonundakı Qaranohur gölüdür. Göl İsmayıllı şəhərindən 8 km şimal-şərqdə yerləşir və dəniz səviyyəsindən 1520 m yüksəklikdədir. Dağların arasında, sıx meşələrin ortasında yerləşən Qaranohur gölü "Şahdağ" Milli Parkının ərazisindədir.