Cəbrayıl şəhərində qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Day.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsun Holding"in nümayəndəsi Yalçın Xəlilov deyib.