Добавить новость




Новости сегодня

Новости от TheMoneytizer

FİFA və YouTube 2026-cı il Dünya Kubokunun yayımlanması ilə bağlı razılığa gəliblər

FIFA 2026-cı il Dünya Kuboku üçün yeni media tərəfdaşını elan edib. YouTube turnirin rəsmi “Preferred Platform” (əsas platforma) statusunu alıb və burada eksklüziv məzmunlar təqdim olunacaq.

Şirkətlər bu əməkdaşlığı “oyun qaydalarını dəyişən” addım kimi qiymətləndirir. FIFA-nın baş katibi Mattias Grafström bildirib ki, bu tərəfdaşlıq turnirin təsirini müasir media mühitində maksimum dərəcədə genişləndirməyə imkan verəcək.

Yeni razılaşmaya əsasən, YouTube üzərindən fəaliyyət göstərən media tərəfdaşları Dünya Kuboku zamanı müxtəlif eksklüziv məzmunlara çıxış əldə edəcək:

  • fərqli rakurslardan hazırlanmış oyun xülasələri

  • pərdəarxası görüntülər

  • video-on-demand (VOD) formatında matç fraqmentləri

  • Shorts üçün xüsusi kontent

Bundan əlavə, təsdiqlənmiş tərəfdaşlar hər oyunun ilk 10 dəqiqəsini canlı yayımlaya biləcək, bəzi qarşılaşmalar isə platformada tam şəkildə təqdim oluna bilər.

YouTube həmçinin seçilmiş kontent yaradıcılarını layihəyə cəlb etməyi planlaşdırır. Onlar eksklüziv materiallara çıxış əldə edəcək və turnirin əhatə dairəsini genişləndirmək üçün FIFA ilə birgə çalışacaqlar.

Qeyd edək ki, daha əvvəl TikTok da Dünya Kuboku 2026 üçün “Preferred Platform” statusu almışdı və bu, sosial şəbəkələr arasında ilk belə tərəfdaşlıq idi.

Bununla belə, ekspertlər bildirir ki, bu cür əməkdaşlıqlar ənənəvi yayımçıları kənarda qoymur. Rəsmi yayım hüququna malik televiziya kanalları və platformalar matçların əsas yayımını həyata keçirməyə davam edəcək.

The post FİFA və YouTube 2026-cı il Dünya Kubokunun yayımlanması ilə bağlı razılığa gəliblər appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus