Добавить новость


Новости сегодня

Новости от TheMoneytizer

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib.

Tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqramın pilot mərhələsində 3, əsas mərhələdə isə 15 müəssisə iştirak edib. Bu müəssisələrdə beynəlxalq metodologiyalar əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və hər biri üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb.

Qeyd olunub ki, pilot mərhələdə iştirak edən müəssisələrə transformasiya üzrə yol xəritəsinin icrasına başlayıblar. İcra mərhələsində müəssisələrə ekspert dəstəyi göstərilir. Həmçinin yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə alətlərinə çıxış üçün dəstək tədbirləri göstərilir.

Sessiya çərçivəsində rəqəmsal transformasiya üzrə ekspertlər Ahmet Can TanyeriErsin Oral təqdimatlarla çıxış ediblər. Süni intellekt texnologiyalarının istehsal proseslərinin optimallaşdırılması, məlumatların təhlili və qərar qəbuletmə mərhələsində istifadəsi ilə bağlı beynəlxalq təcrübələr paylaşılıb.

Tədbirdə 4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platforması barədə təqdimatla çıxış edib. Bildirilib ki, platforma qlobal texnoloji və iqtisadi trendlər üzrə geniş analitik bilik bazası təqdim edir və istifadəçilərə aparıcı beynəlxalq təşkilatların və tədqiqat institutlarının analitik materiallarına çıxış imkanı yaradır.

Sessiyada proqramda iştirak edən 15 müəssisədən texnoloji transformasiya proseslərinə məsul 50 əməkdaş iştirak edib. Proqramda iştirak edən müəssisələr arasında təcrübə və bilik mübadiləsi, texnoloji transformasiya ilə bağlı praktiki məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Müəssisələr proqram barədə industry4.az saytından ətraflı məlumat əldə edə bilərlər.

Tədbirin sonunda iştirakçı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb və transformasiya prosesinin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

The post “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus