Добавить новость


Новости сегодня

Новости от TheMoneytizer

YouTube reklam bloklayanlara qarşı məhdudiyyətləri sərtləşdirir

YouTube komandası reklam bloklayıcılarından istifadə edənlərə qarşı mübarizəni yeni mərhələyə keçirib. Artıq belə alətlərdən istifadə edən bəzi istifadəçilər videoların şərhlərini və təsvir bölməsini görə bilmir. Məsələyə ilk diqqət çəkən mənbələrdən biri AndroidAuthority olub.

Son günlər forumlarda və Reddit-də çoxsaylı istifadəçilər bildirir ki, videoların altında şərhlər mövcud olsa da, platforma “Şərhlər deaktiv edilib” mesajını göstərir. Problem xüsusilə Brave kimi brauzerlərdə quraşdırılmış reklam bloklayıcılarından istifadə edənlər arasında geniş yayılıb.

Bununla yanaşı, bəzi hallarda video təsvirlərinə giriş də məhdudlaşdırılır. Maraqlısı odur ki, bu vəziyyət pullu YouTube Premium abunəçilərinə də təsir edir — əgər onlar əlavə reklam bloklayıcı aktiv saxlayırsa.

İstifadəçilərin paylaşımlarına görə, bloklayıcı söndürüldükdən sonra şərhlər yenidən əlçatan olur. Bu isə platformanın reklam izləməkdən imtina edənlər üçün funksiyaları qəsdən məhdudlaşdırdığı ehtimalını gücləndirir.

Xatırladaq ki, ötən həftə Google YouTube Music-də mahnı sözlərinə çıxışı yalnız ödənişli istifadəçilərlə məhdudlaşdırmışdı. 2026-cı ilin yanvarının sonunda isə mobil brauzerlərdə YouTube-un fon rejimində işləməsi də bağlanmışdı.

The post YouTube reklam bloklayanlara qarşı məhdudiyyətləri sərtləşdirir appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus