Добавить новость


Новости сегодня

Новости от TheMoneytizer

Qalmaqallı insayder iPhone 18 Pro-nun mümkün dizaynını nümayiş etdirdi

Apple şirkəti iPhone dizaynı ilə təcrübələrini davam etdirir. Qalmaqallı insayder Con Prosserin iddiasına görə, gələcək iPhone 18 Pro modelində şirkət ön kameranın yerini dəyişəcək və Face ID sistemini tamamilə ekranın altına gizlədəcək. Nəticədə Dynamic Island qalacaq, lakin həm ölçüsü, həm də yerləşdiyi mövqe dəyişəcək.

Hazırda Dynamic Island ekranın yuxarı mərkəz hissəsində yerləşir və kamera ilə Face ID sensorlarını gizlədərək bildirişlər və fon prosesləri zamanı dinamik şəkildə genişlənir. Prosserin sözlərinə əsasən, yeni konsepsiyada “ada” sol yuxarı küncdən peyda olacaq və əvvəlki iş prinsiplərini qoruyacaq.

Qeyd edək ki, ekranaltı Face ID ilə bağlı şayiələr artıq bir neçə ildir gündəmdədir. Tanınmış analitiklər Ross Yanq və Mark Qurman isə fərqli mövqe sərgiləyir: onların fikrincə, Apple sadəcə Dynamic Island-ı bir qədər daha kompakt edəcək — iPhone 13-də “ada”nın kiçildilməsi zamanı olduğu kimi — və mərkəzi yerləşməni qoruyacaq.

Çinli insayder Instant Digital isə ümumiyyətlə iPhone 18 Pro-da ekranaltı Face ID-nin olmayacağını iddia edir. Bu ziddiyyətli məlumatlar fonunda Prosserin versiyası ya iOS 26 dizaynında olduğu kimi eksklüziv sızıntı, ya da sadəcə müxtəlif şayiələrin əsasında formalaşmış fərziyyə təsiri bağışlayır.

Bundan əlavə, Prosser bildirir ki, iPhone 18 Pro dəyişən diafraqmalı əsas kamera ilə təchiz ediləcək. Rəng palitrasında da yeniliklər gözlənilir — Apple-ın bordo, qəhvəyi və bənövşəyi çalarları nəzərdən keçirdiyi iddia olunur.

Bununla belə, mənbəyə ehtiyatla yanaşmaq üçün əsaslar var. Prosserin əvvəlki insayder məlumatlarının hamısı təsdiqlənməyib, lakin bəzi sızıntılara görə Apple onunla məhkəmə çəkişməsi aparır. Bu da onun adını həm qalmaqallı, həm də diqqətçəkən edir.

The post Qalmaqallı insayder iPhone 18 Pro-nun mümkün dizaynını nümayiş etdirdi appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus