Добавить новость


Новости сегодня

Новости от TheMoneytizer

ASUS NUC 14 Essential: sərfəli və məhsuldar mini kompüter

ASUS NUC mini PC-lərinin rəsmi distribyutoru ASBIS Azerbaijan bazara ASUS NUC 14 Essential modelini təqdim etdi — gündəlik istifadə üçün ofislərdə, təhsil müəssisələrində və inteqrasiya olunmuş həllərdə istifadə edilmək üçün nəzərdə tutulmuş yeni universal mini kompüter seriyası. Bu yeni nəsil mini PC-lər yalnız kompak form-faktorun bütün üstünlüklərini qoruyub saxlamır, eyni zamanda performansı, enerji səmərəliliyini artırır və periferik cihazların qoşulması və yüksək sürətli məlumat ötürülməsi imkanlarını genişləndirir.

Intel prosessorları əsasında müasir platforma

ASUS NUC 14 Essential seriyasının ən son modelləri Intel-in “N” seriyasına aid olan son nəsil prosessorlar əsasında qurulub. Onlar dörd nüvəli, 3.8 GHz-ə qədər takt tezlikli Intel Processor N250 prosessoru və eyni anda üç 4K ekranı qoşmağa imkan verən inteqrasiya olunmuş qrafik nəzarətçi ilə təchiz olunub.

İstifadəçilər üçün əsas üstünlüklər arasında yeni çiplərin artan enerji səmərəliliyi və azaldılmış istilik yayımı yer alır. Bu, ventilyatorların artıq səs-küyü olmadan iqtisadi və rahat iş təmin edir.

Geniş qoşulma imkanları

ASUS NUC 14 Essential, cəmi 0.56 litr həcmində kompakta korpusda təqdim olunmasına baxmayaraq, geniş giriş-çıxış portları ilə fərqlənir. Mövcud interfeyslər bunlardır: 5x USB-A (onlardan 4-ü 10 Gbps sürətlə), 2x USB-C (10 Gbps, biri DisplayPort dəstəyi ilə), tamölçülü DisplayPort 1.4, HDMI 2.1, 2.5G Ethernet və qulaqcıq və mikrofon üçün 3.5 mm kombinə edilmiş audio çıxışı. Simsiz bağlantılar müasir standartlara cavab verir və Wi-Fi 6E və Bluetooth 5.3 texnologiyalarını əhatə edir.

Mini PC-lər yalnız yaddaş (1x DDR5-4800) və M.2 NVMe SSD (Gen3x4) əlavə olunmalı olan barebone sistemlər şəklində təqdim olunur. Maksimal RAM həcmi 16 GB, SSD həcmi isə 2 TB-a qədərdir. Bu iki komponenti ASUS NUC-a əlavə etmək asan və sürətlidir, gələcəkdə ehtiyac yarandıqda sistemi rahat şəkildə təkmilləşdirməyə imkan verir.

Ofis və təhsil üçün ideal seçim

Təxminən 0.5 kq çəkisi və kiçik ölçüləri sayəsində ASUS NUC 14 Essential mini kompüterləri ofislər və təhsil müəssisələri üçün əla seçimdir. Onları masa üzərinə quraşdırmaq və ya birbaşa monitorun arxasına montaj etmək mümkündür — onlar səssiz, stabil işləyir və iri stolüstü PC-lərlə müqayisədə daha az texniki xidmət tələb edir.

Ən optimal istifadə ssenarilərindən biri ofis şəraitidir — burada güclü prosessor və sürətli SSD bütün populyar proqramların sürətli və dayanıqlı işləməsini, çoxtapşırıqlı rejimdə rahat keçid imkanlarını təmin edir.

Bu kompüterlər həmçinin təhsil müəssisələri üçün də idealdır — xərcləri azaldır, inteqrasiyanı sadələşdirir və eyni zamanda tələbələrə müasir platforma təqdim edir.

ASUS NUC 14 Essential-in digər səmərəli istifadə sahəsi — ictimai ekranlar və informasiya köşkləri üçün rəqəmsal oynadıcı roludur. Onların kiçik ölçüləri istənilən quruluşa asan inteqrasiyanı təmin edir, etibarlı işləmə isə fasiləsiz istifadəyə zəmanət verir.

ASUS NUC 14 Essential modelləri, yaddaş və SSD olmadan, ƏDV-siz tövsiyə olunan pərakəndə satış qiyməti ilə 170-dən 245 ABŞ dollarına qədər təklif olunur.

Ətraflı məlumat üçün ASBIS Azərbaycan rəsmi distribyutoru ilə əlaqə saxlayın.

The post ASUS NUC 14 Essential: sərfəli və məhsuldar mini kompüter appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus