Добавить новость




Новости сегодня

Новости от TheMoneytizer

Honor 400 smartfonlarında Google-un video generatoru pulsuz təqdim olunacaq

Honor və Google-un süni intellekt texnologiyalarının birgə inkişafı ilə bağlı daha əvvəl elan edilən əməkdaşlığı ilk nəticəsini verdi. Yeni Honor 400 və 400 Pro modellərinin sahibləri Google-un şəkillər əsasında video yaratmaq üçün hazırladığı eksperimental texnologiyaya ilk çıxış əldə edənlərdən olacaqlar.

Bu texnologiya adi fotoları maksimum 5 saniyəlik qısa videolara çevirməyə imkan verir. Proses təxminən 1–2 dəqiqə çəkir və heç bir mətn göstərişinə ehtiyac olmadan işləyir: sadəcə şəkli seçirsiniz və nəticəni gözləyirsiniz. Bu imkan Google-un yeni «Veo 2» modelinə əsaslanır və, inkişaf etdiricilərin sözlərinə görə, interfeys maksimum sadələşdirilib — hər şey birbaşa standart “Qalereya” vasitəsilə həyata keçirilir.

İlk jurnalist rəylərinə görə, texnologiya insanlar və ev heyvanları kimi portret obyektlərlə olduqca yaxşı işləyir: hərəkətlər təbii və axıcı alınır. Lakin daha mürəkkəb səhnələrdə bəzi qəribəliklər müşahidə olunur. Məsələn, avtomobil yolda öz ətrafında fırlanır, ya da futbol meydançasında üç komanda və iki hakim görünür. Hətta Van Qoqun avtoportreti ilə edilən test zamanı süni intellekt rəssamın gözlərindən göyərçin uçurub.

Honor 400 seriyasının ilk istifadəçiləri bu funksiyadan pulsuz yararlana biləcəklər, lakin gündə maksimum 10 video ilə məhdudlaşdırılacaq. Honor-un Britaniyada marketinq rəhbəri Kris Lenglinin sözlərinə görə, gələcəkdə bu texnologiya Google-un abunə xidməti çərçivəsində təqdim ediləcək, lakin detalları hələ açıqlanmayıb. Qeyd edək ki, “Veo 2” modeli artıq pullu “Gemini Advanced” versiyasında istifadəyə verilib, amma orada yalnız mətn əsasında video generasiyası mümkündür. Şəkildən video yaratmaq isə hələlik yalnız məhdud sayda Google Cloud istifadəçisinə təqdim olunur və bu xidmətin dəyəri bir saniyə üçün 50 sent təşkil edir.

Honor 400 və 400 Pro smartfonlarının rəsmi təqdimatı 22 may tarixində keçiriləcək.

The post Honor 400 smartfonlarında Google-un video generatoru pulsuz təqdim olunacaq appeared first on InfoCity.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus