Geely şirkəti bu ilin noyabr ayında avtomobillərinin satışları ilə bağlı statistikanı paylaşıb. Son bir ayda şirkət 250 136 avtomobil satıb ki, bu da bu ilin oktyabr ayı ilə müqayisədə 10%, 2023-cü ilin noyabr ayı ilə müqayisədə isə 27% çoxdur.
Ümumilikdə, bu ilin əvvəlindən Geely 1 966 512 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur. Bu ilin noyabrında Geely elektrik avtomobillərinin satışı 122 453 ədəd təşkil edib — oktyabr ayı ilə müqayisədə 13%, keçən ilin noyabr ayı ilə müqayisədə isə 94% artım. Çindən kənarda noyabrda 32 814 avtomobil satılıb (artım 13%).
Əgər alt brendlər haqqında danışırıqsa, o zaman Galaxy xəttindən olan modellərə təlabat çoxdur. Son bir ayda 75 228 ədəd Geely Galaxy avtomobili satılıb — oktyabr ayı ilə müqayisədə 18% və 2023-cü ilin noyabr ayı ilə müqayisədə 121% çoxdur.
The post Geely artıq ayda 250 min avtomobil satır appeared first on InfoCity.