O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.
Fransada “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Paris məhkəməsi Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib, bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.
Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.
Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegram” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.
İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.
The post Pavel Durov məhkəmə nəzarətinə götürülüb appeared first on InfoCity.