Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında yeni əməkdaşlığa start verilib.
AzInTelecom tərəfindən yaradılmış SİMA KYC rəqəmsal məhsulu artıq ABB-nin bütün debet kartlarının sifarişi zamanı istifadə oluna bilər. Bu yenilik banka məxsus istənilən debet kartı filiala getmədən sifariş etmək imkanı yaradır. İndi bankın rəsmi veb saytına (www.abb-bank.az) daxil olaraq istənilən debet kartı əldə etmək üçün onlayn şəkildə müraciət göndərmək mümkündür. Vətəndaşlar müraciətin sonunda SİMA KYC ilə kimliyini rəqəmsal formada təsdiqlədə bilərlər.
Belə ki, təsdiq prosesi zamanı sifarişçinin kimliyini və həqiqiliyini müəyyən etmək üçün veb səhifədə kamera açılacaq. Bu zaman kartı sifariş edən şəxs üzünü ekrandakı çərçivə istiqamətində tutmalı və foto çəkməlidir. Bundan sonra artıq kart sifarişi uğurla tamamlanacaq və vətəndaş geniş funksionallıqlara malik ABB kartlarını heç yerə getmədən sifariş etmiş olacaq. Qeyd olunan bütün proses cəmi bir neçə dəqiqə ərzində başa çatacaq.
Qeyd edək ki, SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla qurumlara müştərilər barəsində müvafiq məlumatı real vaxt rejimində əldə etmək imkanı verir. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
The post ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et! appeared first on InfoCity.