Qualcomm-un yeni Snapdragon X Elite prosessoru ASUS Vivobook S 15-i mükəmməl cihaza çevirir!
Nəhayət, hamının gözlədiyi an gəlib çatdı. Copilot+ PC konsepsiyasına əsaslanan cihazların ilk dalğası artıq satışdadır, Qualcomm Snapdragon X Elite prosessorlu yeni ASUS VivoBook S 15 isə bu dalğanın bir hissəsidir. Bu çiplərdən çox şey, o cümlədən onların Apple prosessorları ilə layiqli rəqabət apara bilib-bilməyəcəyi də asılıdır.
Beləliklə, gəlin araşdıraq, Snapdragon X Elite ətrafındakı hayp özünü doğruldurmu və ASUS VivoBook S 15 süni intellektlə iş sahəsinə hansı yenilikləri gətirir.
Süni intellektlə iş üçün güclü alət
VivoBook S 15 — ən son Qualcomm SoC (təkristallı sistem) ilə təchiz edilmiş ilk ASUS noutbukudur. Bu, 16 və ya 32 GB yüksək sürətli iki kanallı LPDDR5X-8448 RAM və 1 TB-a qədər PCIe SSD ilə birlikdə 3,4 GHz tezliyində işləyən 12 nüvəli ARM əsaslı Snapdragon X Elite (X1E78100) prosessorudur. O, həmçinin 45 TOPS (bir saniyədə 45 trilyon əməliyyat) istehsal edən daxili neyron emal vahidi (NPU) olan bir çipdir. Bu göstərici hazırda bilavasitə Copilot+ PC konseptinin əsas süni intellektin bəzi funksiyalarını sürətləndirmək üçün Windows proqram interfeyslərinin xüsusi dəstindən istifadə etməsi ilə bağlıdır. Bundan əlavə bu imkanlar yalnız Windows-a deyil, kənar developerlərin proqram təminatlarına da aiddir. Bu gün eyni imkanları təklif edən ilk sistemlər xüsusi olaraq Qualcomm Snapdragon X Elite və X Plus prosessorları üzərində qurulub və 45 TOPS-a qədər məhsuldarlıq nümayiş etdirən xüsusi NPU Hexagon ilə təchiz olunub.
Hazırda yalnız Snapdragon X prosessorları üçün sertifikat alan Microsoft Copilot+ PC qurğuları əksər aktual noutbuklarda tətbiq olunan adi X86 çipləri üçün deyil, müasir smartfonların çoxunda istifadə edilən prosesorların analoqudur. X86 platforması üzərində yaradılan qurğular Copilot+ PC xəttinə bir müddət sonra, cari ilin sonuna yaxın qoşulacaqlar. Lakin ASUS Vivobook S 15 bu yeni kateqoriyada bazara çıxan ilk noutbuk olduğundan, lider mövqeyinə malikdir.
Copilot+ PC-nin böyük üstünlüyü ondadır ki, onun eksklüziv funksiyalar dəsti yalnız bu qurğularda tətbiq olunur. Bu funksiyalar dəstinə mətnlərin real vaxt rejimində tərcüməsi, istifadəçi sorğusu əsasında iş masası məzmununu təhlil edən Recall imkanı, Windows Studio effektləri, Paint-də Cocreator, Photos-da təsvirin yaradılması və s. daxildir. Bütün sadalanan Copilot+ funksiyaları buluddan istifadə etmədən lokal olaraq qurğunun özündə işləyir. Bu güc daha çox 10 saniyədən çox çəkməyən sorğunuz əsasında Photos-da şəkillər yaradarkən nəzərə çarpacaq. Yaradılan baza təsviri canlandıran Paint’s Cocreator da eyni qaydada çalışır. Lakin, fikrimizcə, Copilot+-un ən öncül funksiyası onun süni intellektlə təkmilləşdirilmiş Windows Studio effektləridir. Onu da nəzərə alın ki, əsas Copilot+ xüsusiyyətləri sayəsində ASUS Vivobook S 15 faydalı oyun yoldaşına çevrilir.
Həmçinin mfirma proqram paketinə şirkətin bütün noutbuklarında istifadə olunan MyASUS tətbiqi kimi element daxildir. ASUS-un süni intellekt üzərində bazalanan fərdi təkliflərinə foto və videoların təşkili üçün StoryCube aləti ilə yanaşı, həm də səsin təhlükəsizliyi və keyfiyyəti üçün quraşdırılmış proqramlar daxildir. Məsələn, gizlilik pərdəsi olan AiSense AI veb-kamera göz izləmə və adaptiv bloklama ilə adaptiv ekran qaralmasını, həmçinin video çəkiliş zamanı 3DNR kənar səslərin boğulması və işığın korreksiyasını dəstəkləyir. Mikrofon massivinə malik ASUS AI səsboğma sistemi sizə distant iş rejimində zəng və video konfranslar həyata keçirməyə imkan verir.
Mükəmməl dizaynlı ciddi funksional
Bu müasir, gözəl noutbukun qapağı qurğunun ekranını 180 dərəcə bucaq altında açmağa imkan verən şarnir sistemi ilə təchiz edilib. Həmçinin qurğu bir əllə açılma testini də uğurla keçib. Xoşagələn dizaynı sayəsində noutbuk, ofis məkanlarında çalışan mütəxəssislər üçün mükəmməl seçimdir. 15,6 düymluq və 2880×1620 piksel icazəsi olan ASUS Lumina OLED displeyi 120 Hz yenilənmə tezliyinə və ensiz çərçivələrə malikdir. Üst və alt çərçivə xətti yan çərçivə xətlərindən bir qədər qalın olsa da, demək olar nəzərə çarpmır. Təxminən 600 nit maksimal parlaqlığı olan displey HDR-kontenti dəstəkləyie, rəng ötürücülük qabiliyyəti isə DCI-P3 rəng məkanı əhatəetmə qabiliyyəti sayəsində 100%-a bərabərdir.
Həmçinin yenilik tamhəcmli klaviatura ilə təmin edilməsə də, rəqəmsal blok sayəsində klaviaturanı standart ölçülü hesab etmək olar. Həmçinin klaviatura RGB-alt işıqlarla və düymələrlə eyni xətt üzrə yerləşdirilmiş iri sensor panel ilə təchiz edilib. Təbii ki, klaviatura Copilot çağrı düyməsi ilə də təmin olunub.
Portlara gəlincə, ASUS Vivobook S 15 soldan, dolum və qida işıq diodunun yanında iki ədəd USB 4 Type-C, bir tamölçülü HDMI 2.1 girişi, microSD kartlarının oxunması slotu, 3,5 mm-lik audiogirişi və sağdan iki ədəd USB 3.2 Gen1 portları ilə təchiş edilib. Həmçinin noutbuk WiFi 7 standratlı, əvvəlki nəsil modulundan 5 dəfə daha sürətli çalışan Qualcomm FastConnect 7800 simsiz moduluna malikdir. Eyni zamanda dəstə ASUS Vivobook S 15 notbukunu 0-dan 60%-ə qədər 50 dəqiqəyə doldurmağa qadir 90 Vt-lıq dolum qurğusu da daxildir. 70 VtS həcmli akumulyatoru sayəsində, ASUS Vivobook S 15 avtonom rejimdə 18 saata qədər işləyə bilər. Bu göstəricilər Windows üzərindən çalışan istənilən noutbuk üçün həqiqətən inanılmazdır.
ASUS Vivobook S 15 həm qapalı, həm də açıq vəziyyətdə möhtəşəm görünüşə malikdir. Qurğunun korpusu (gövdəsi) sərin toxunuşa və mükəmməl təəssürata malik maqnezium ərintisindən hazırlanıb. Eyni zamanda noutbuk ölçülərinə görə inanılmaz yüngüldür. Vivobook S 15 digər üstünlüyü isə onun ABŞ Müdafiə Nazirliyinin MIL-STD 810H standartlarına tam cavab verməsindədir. Bu da o deməkdir ki, qurğu artırılmış xidmət müddətinə malikdir. Bu, 15,6 düymluq, 1,47 sm qalınlığa malik noutbuk cəmi 1,42 kq çəkidə hazırlandığından, iri ekranlı portativ qurğu həvəskarlarının səyahət və iş səfərlərində mükəmməl yol yoldaşı olacaq. Vivobook S 15 hətta bel çantasında hiss olunmayacaq dərəcədə yüngüldür.
Məşhur nəşrlərin Snapdragon X Elite ilə bağlı apardığı çoxsaylı testlər nəticəsində məlum olub ki, prosessor cəlb etdiyi diqqəti tam doğruldur. Eyni sınaqlarda Snapdragon X Elite Apple M3-ü, habelə bir sıra Windows əməliyyat sistemi üzərindən çalışan noutbuklardakı yüksək səviyyəli Intel Core i7 və Core i9 çiplərini üstələyir. Geekbench sınaqlarının nəticələri də həmçinin göstərib ki, Qualcomm-un vəd etdiyi kimi ASUS VivoBook S 15 təknüvəli rejimdə 2447, çoxnüvəli rejimdə isə 14248 bal toplayır.
Brauzerdə açıq olan çoxsaylı səhifələrlə işləməyinizdən, multitapşırıq rejimində bir neçə proqramdan istifadə etməyinizdən və ya video/audio renderləməyinizdən, podkast yerləşdirməyinizdən və ya hətta oyun oynamağınızdan asılı olmayaraq, ASUS Vivobook S 15 — istənilən tapşırığın icrası zamanı inanılmaz məhsuldarlıq nümayiş etdirən əsl əjdahadır.
ASUS VivoBook S 15 45 Vt TDP gücü ilə çalışan Snapdragon X Elite X1E78100 prosessor modelinə əsaslanır. Bu da o deməkdir ki, o, çipin maksimum yüklənmə zamanı ciddi qızmasının qarşısını alan xüsusi termal üzlük sayəsində digər Copilot+ PC cihazlarından daha yüksək məhsuldarlıq nümayiş etdirməyə qadirdir. Eyni zamanda, iki ventilyatoru olan yüksək səmərəli ASUS IceCool soyutma sistemi həcmli resurslu tətbiqlərlə işləyərkən hərarəti prosessordan yayındırır və təkmilləşdirilmiş hesablama qabiliyyətini təmin edir. Bu, akumulyator resursunun cüzi səmərəliliyi müqabilində çipə analoqlardan 31% daha sürətli işləməsinə imkan verir.
ASUS VivoBook S 15-in qısa xarakteristikası:
Əməliyyat sistemi | Windows 11 Home |
Prosessor | Snapdragon X Elite X1E-78-100 3,4 GHz(42 MB keş-yaddaş, 3,4 GHz-a qədər, 12 nüvə, 12 axın); ümumi məhsuldarlıq 75 TOPS-a qədər |
Neyron prosessoru (Sİ-sürətləndiricisi) | Qualcomm Hexagon NPU, 45 TOPS |
Qrafika | Qualcomm Adreno |
Displey ASUS Lumina OLED | 15.6” 16:9 OLED 2.8K (2880х1620), parıltı əleyhinə hamar səthli, 120 Hz, cavablama vaxtı 0,2 ms, nisbi sahəsi 89% (NanoEdge çərçivə), maksimal parlaqlıq 600 kd/m2, rəng əhatəsi 100% DCI-P3, Pantone və SGS, VESA HDR True Black 600 sertifikatları |
Operativ yaddaş | 16/32 GB ikikanallı LPDDR5X-8448 plata üzərində lehimlənib |
Doldurucu | SSD 512 GB/1 TB PCIe 4.0 |
İdarəetmə | Tənzimlənən tək zonalı RGB-alt işıqlı və rəqəmsal bloklu klaviatura, düymələrin enmə dərinliyi 1,5 mm;
Copilot rəqəmsal köməkçinin qabardılmış düyməsi Təkmilləşdirilmiş taçpəd+ |
Simsiz şəbəkələr | Wi-Fi 7(802.11be) + Bluetooth 5.3 (Dual band) 2*2 |
Girişlər | 2 USB-A 3.2, displey/qida dəstəkləyən 2 Thunderbolt 4 USB-C 3.2, HDMI 2.1 TDMS, audio, microSD kart oxuyucusu |
Əlavə | Pərdəli 1080p İQ-kamera Harman/Kardon stereosistemi, Dolby Atmos həcmli səslənmə və intellektual gücləndiriciMikrofon massivi US MIL-STD 810H hərbi təyinatlı standart |
Şirkətə PT MyASUS ScreenXpert GlideX |
Displeyin rəng sahəsnin seçimi
ASUS OLED Care displey müdafiəsi Sistem və yenilənmə diaqnostikası Təhlükəsiz dolum Ventilyatorların iş və məhsuldarlıq rejimi Təsvir optimallaşması (Splendid) Video optimallaşması (Tru2Life) İsti düymələr Wi-Fi rouminqinin optimallaşması Link to MyASUS |
Qidalanma | 70 VT·s, qida bloku 90 VT USB-C |
Ölçü, şəki
Rəng |
353x227x14,7-15,9 mm, 1,42 kq
Qara, göy |
ASUS Vivobook S 15 — süni intellektə əsaslanan gələcəyə xoş gəlmisiniz!
ASUS Vivobook S 15 — bulud texnologiyasına müraciət etmədən, süni intellektlə iş potensialını birbaşa qurğuda qiymətləndirməyə imkan verən mükəmməl cihazdır. Daha yüksək emal sürəti və daha uzunömürlü batareya təklif edən bu noutbuk həqiqətən müsbət təəssürat yaradır. Noutbukunuzu yeniləməyi planlaşdırırsınızsa, məhz bu cihazı almaqla, köhnə modellərə nisbətən əhəmiyyətli üstünlüklərə malik, məsələn, video zənglər və ya iri faylların nümayişi zamanı xüsusi effektlərə malik Copilot+PC konseptində hazırlanmış noutbuk əldə etmiş olursunuz. Beləliklə, Vivobook S 15-i almaq gələcəyə sərfəli sərmayədir!
The post Vivobook S 15 — ASUS Copilot+ üzərində qurulan ilk noutbuk appeared first on InfoCity.