Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, hazırda o, 29 manata qədər yüksəlib.
3 iyul 2024-cü il tarixində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək etibarlı ümumvətəndaş pasportuna malik Çin Xalq Respublikasının vətəndaşları 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək olan 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.
Azərbaycanın bölgələrində iyulun 18-19-da əsasən gündüz saatlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
“Bəzi insanlar Günəşdən enerji aldıqlarına, isti havaları daha çox sevdiklərinə görə bu fəsildə daha əsəbi olmasalar da, bəzilərinə isə Günəşin istisi, ümumiyyətlə, isti hava onların psixologiyasına mənfi təsir göstərir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.
"Sumqayıt" hücumçusu Kasimir Ninqa ilə yolları ayırıb. Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, futbolçu ilə klub arasında imzalanmış...