Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Qərbdə bəzi dairələr və həmçinin yerli hakimiyyətyönlü media qəzaya Rusiyanın "yer-hava" tipli raketinin səbəb olduğunu bildirir. Rusiya rəsmisi isə deyib ki, istintaq bitməyincə bu barədə şərh verilməyəcək.