Dünyanın ən çox ziyarət edilən beş ölkəsindən biri olan Türkiyə, dörd mövsümü tam gözəlliyi ilə yaşaya biləcəyiniz nadir ölkələrdən biridir. Yaz və yay fəsillərindən başqa, qış da Türkiyənin qarla örtülmüş sehrli gözəlliklərini kəşf etmək üçün ideal zamandır. Dünya səviyyəli xizək kurortlarında müxtəlif qış idman növlərindən tutmuş isti və rahat məkanlarda dincəlməyə qədər, Türkiyə unudulmaz qış tətili üçün sonsuz macəralar təqdim edir. Gəlin, Türkiyədə sizi hansı qış məcaralarının gözlədiyini öyrənək.