Qış mövsümündə havaların soyuması ilə əlaqədar qaz və elektrik enerjisindən izafi istifadə yanğın risklərini artırır. Qaz sızmaları, elektrik naqillərinin normadan artıq yüklənməsi və qeyri-standart istilik cihazlarından istifadə mənzillərdə və binalarda təhlükəli vəziyyət yarada bilər. Baş verən yanğın və digər hadisələr nəticəsində daşınmaz əmlaka dəymiş zərər və maddi itkilər daşınmaz əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirir.