Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub. Görüşdən sonra SVR səfərlə bağlı məlumat yayaraq xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemdənkənar müxalifətdən istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib.