Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 4 gün qalıb. Namizədlərin seçki öncəsi təbliğat-təşviqat kampaniyası davam etməkdədir. Seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti VI çağırış Milli Məclisin hazırkı deputatlarıdır, lakin namizədlər arasında tanınmış simalarla yanaşı, ilk dəfə bu yarışa qatılan, geniş ictimaiyyət tərəfindən tanınmayan şəxslər də var.