II Şuşa Qlobal Media Forumu başa çatıb. İlham Əliyev forumdaki çıxışı zamanı deyib: "Təsəvvür edin ki, "Vaşinqton Post" redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar".
Hakimiyyətin tənqidləri qəbul etməməsinə baxmayaraq, beynəlxalq insan haqları təşkilatları Azərbaycanı təməl hüquq və azadlıqları boğmaqda qınayır. Hazırda ölkədə azı 10 jurnalist, hakimiyyəti tənqid edən fəallar həbsdədir.