Xəbər verdiyimiz kimi, ötən gün axşam radələrində sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq, qəfil qatarın qarşısına çıxıb. Təəssüf ki, bu hadisə nəticəsində azyaşlı dünyasını dəyişib. Bu cür hadisənin baş verməsi dəmiryolu nəqliyyatından istifadədə təhlükəsizlik məsələsini bir daha gündəmə gətirib.