Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34 faiz artaraq 1 milyon 231 minə çatıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Gələnlərin 29,2 faizi Rusiya, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan vətəndaşları olub.