Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı həbs edilən İbrahimov Tağı Hüseyn oğlu və Rzayev Toğrul Nazim oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.