Türkiyə millisinin futbolçusu Yusuf Yazıcı “Lill”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə özü açıqlama verib. O, Fransa klubu ilə vidalaşıb.
Yusuf 2019-cu ildə “Trabzonspor”dan “Lill”ə keçib. O, Liqa 1-də 96 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.