Kinqsli Koman Fransa millisinin düşərgəsini tərk edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Futbolçu həyat yoldaşının doğuşunda iştirak etmək üçün İsveçə yollanıb.
Komanın tezliklə millinin düşərgəsinə qayıtması gözlənilir.
Fransa yığması Avro-2024-ün 1/8 final mərhələsində Belçika ilə qarşılaşacaq. Görüş iyulun 1-də keçiriləcək.