Lionel Messi Amerika Kubokunun 1/4 finalının oyununu buraxa bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” nəşri məlumat yayıb. 37 yaşlı hücumçu sağ ayaq əzələsindən zədələnib. O, qrup mərhələsinin II turunun Çili ilə matçında (1:0) xəsarət alıb.
Argentina yığması Amerika Kubokunun A qrupunda 6 xalla liderdir və 1/4 finala yüksəlib.