“Barselona”nın B komandasının baş məşqçisi Rafa Markeslə müqavilə uzadılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssisin sözləşməsi 2025-ci ilin yayına kimi artırılıb.
Markes 2022-ci ildən “Barselona”da çalışır. Komanda onun rəhbərliyi altında 82 oyunda 40 qələbə qazanıb, 21 dəfə məğlub olub.