“Barselona” futbolçusu Mark Kasadonun müqaviləsini uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi olacaq.
Kasado “Barselona”nın yetirməsidir. O, bu mövsüm əsas komanda ilə dörd oyuna çıxıb.