Avro-2024-ün qrup mərhələsinin II turunda keçiriləcək Türkiyə – Portuqaliya oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Zvayer olacaq. Ona yan xətt hakimləri Stefan Lupp və Marko Axmuller kömək edəcəklər. Görüşün VAR hakimi Bastian Dankert olacaq.
Görüş iyunun 22-də keçiriləcək.