Türkiyənin məşhur onlayn alış-veriş platforması “Тrendyol” Azərbaycana məhsulların çatdırılma qiymətində dəyişiklik edib. Belə ki, onlayn ticarət şirkəti qiymətləri 2.5 dəfə artırıb. Lakin dünənə qədər 79.99 TL yəni, 4.23 manat hesablanan çatdırılma xidməti bu gündən etibarən 199.99 TL yəni 10.63 azn hesablanacaq.