Bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.
AZƏRTAC xəbər verir ki, müğənninin vəfatından 30 il ötməsinə baxmayaraq ifa etdiyi mahnılar ürəklərə yol taparaq yaddaşlarda əbədi həkk olunub. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fəxr