Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu il dönümü Malayziyada da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Cənub-Şərqi Asiya regionunun ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Malaya Universitetində Ulu Öndərə həsr edilmiş xatirə gecəsi keçirilib