Dövlət İmtahan Mərkəzi (DİM) iyul-avqust ayları ərzində keçiriləcək xüsusi qabiliyyət imtahanlarının istiqamətləri üzrə təqvimi təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti üzrə ali təhsil müəssisələrinə qabiliyyət imtahanları iyulun 14, 18, 22, 25, 29-da təşkil ediləcək. İyulun 20, 21, 27, 29-da 9 illik, 26-da isə 11 illik təhsil bazasında