AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda 230 şəhid və qaziyə məxsus materiallar inventarlaşdırılıb.
Bu barədə AZƏRTAC-a fondun müdiri Şəfa Mövsümov məlumat verib. Ş.Mövsümov bildirib ki, şəhid və qazilərə məxsus materialların toplanılması, elmi ekspertizası və inventarlaşdırılması işi davam etdirilir.