Müdafiə nazirinin tapşırığına əsasən, bir qrup şəhid ailəsi və yaxınlarının N saylı hərbi hissəyə ziyarəti təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhidlərin ailə üzvləri və yaxınları hərbi qulluqçuların xidmət, həmçinin sosial-məişət şəraiti ilə tanış olublar