Milli kimliyin inkişafı ölkənin inkişafının bütün mərhələləri üçün həmişə böyük əhəmiyyət kəsb edib və mövcud dünya düzəninin üzə çıxardığı reallıqlar sübut edir ki, onun rolu bundan sonra da artacaq. Milli kimliyi dərk etmək milləti hər hansı zərərli təsir və qüvvələrdən qoruyan əsas amillərdən olmaqla yanaşı, bu yolla inkişafın