Burkina-Fasoda hakimiyyəti ələ keçirən hərbçilərin lideri polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba ölkənin prezidenti elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Burkina24 informasiya portalı məlumat yayıb. Portalın məlumatına görə, Damiba, eyni zamanda, Burkina-Faso silahlı qüvvələrinin baş komandanı olub