Qara Yanvar faciəsi ilə əlaqədar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş materiallar yayılıb. Məlumatlarda diqqətə çatdırılır ki, Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər