Premier League`ya bərbad başlayan, lakin son oyunlarda yüksəlişə keçən Arsenal`da şok itki yaşanıb.
ONBİR klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı Granit Xhaka zədələnib.
29 yaşlı yarımmüdafiəçinin zədə səbəbilə 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, isveçrəli oyunçu bu mövsüm 5 matçda çıxış edib.