Мы в Telegram
Добавить новость

Эксперты увидели риск в концертах певицы Тейлор Свифт для ставки в Англии

News24: президента ЮАР Рамафосу переизбрали на новый срок

Спасатели начали поиски двух подростков на реке Урал в Магнитогорске

Бобруйчанин пожаловался на новый пол соседа - обратился в суд и даже дошел до Москвы. ´МогилевОнлайн´ узнал, почему Москва Бо...

World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Erdoğan Suriya məsələsində Qərbdən dəstək istəyir

Erdoğan Suriya məsələsində Qərbdən dəstək istəyir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya üsyanının 10-cu ildönümünə həsr olunmuş məqaləsində Ankaranı demokratiyanın Suriya rejimindən qorunmasında “sabitləşdirici qüvvə” adlandırıb.

Martın 15-də Bloomberg saytında dərc olunmuş məqalədə Erdoğan Qərb güclərini Suriya münaqişəsində Türkiyənin mövqeyinə dəstək verməyə çağırıb.

Prezident yazır ki, Türkiyə dəfələrlə Suriyada bütün tərəflərin iştirakına imkan verəcək siyasi sistemin yaradılmasına çağırıb.

O qeyd edir ki, bu məsələdə Türkiyənin dəstəklənməsi ən asan bir yolla maksimum effekt verərdi:

“Bizim konkret gözləntilərimiz aydındır. Birincisi, biz gözləyirik ki, Qərb PKK-nın Suriya qanadı olan YPG barəsində aydın mövqe tutsun. Bu qrup təhlükəsizlik zonalarına hücumlar etməklə rejimin kartlarını oynayır. Bunun əvəzində sülh və sabitliyə investisiya kimi legitim Suriya müxalifətinə adekvat dəstək verilməlidir”.

Middle East Eye saytı yazır ki, Erdoğanın bu bəyanatından əvvəl, martin 14-də Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri şimali Suriyadakı Carablus və əl-Babində mülkilər yaşayan əraziləri və neft sisternlərini hökumətin nəzarətində olan Kuveyres hərbi hava bazasından ballistik və adi raketlərlə atəşə tutub.

Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi verib.

Türkiyə nazirliyinin bəyanatında deyilir ki, Rusiya Federasiyasına atəşin dayandırılmasına dair bildiriş verilib.

Bəyanatda deyilir ki, Türkiyə qoşunları bu zərbələrə əks-atəşlə cavab verib.

MEE yazır ki, son həftələrdə Suriya və Türkiyə arasında gərginlik son dərəcə artıb.

Martın 12-də Suriya hökumət qüvvələri Carablus və əl-Bab yaxınlığında 200 neft sisternini hədəfləyiblər.

Türkiyənin SETA analitik mərkəzindən Suriya üzrə ekspert Ömer Özkızılcık deyib ki, Türkiyənin Suriya hədəflərinə cavab zərbələri son dərəcə sərrast olub.

“Türkiyə ilk dəfə olaraq təhlükəsizlik zonalarına hücuma cavab verib və bu zaman bir Türkiyə əsgərinə də zərər dəyməyib”.

 

Rusiya ilə kürd qüvvələri arasında bağlılıq

Türkiyə, İran və Rusiya Astana prosesi çərçivəsində diplomatik əməkdaşlığı davam etdirir və bunun münaqişənin çözülməsi üçün yeganə yol olduğunu vurğulayırlar.

Bununla belə, Türkiyə və Rusiya Suriya ərazisində dolayısı ilə toqquşurlar. Buna səbəb Bəşər əl-Əsədin hələ də ölkənin bütün ərazilərinə nəzarəti ələ keçirməkdə israrlı olmasıdır.

Ötən ilin martında Rusiya tərəfindən dəstəklənən hücum nəticəsində İdlib qəzasında 60-dan çox Türkiyə əsgəri həlak olub.

O vaxtdan bəri Türkiyə Suriya müxalifətinin nəzarətində olan son ərazini möhkəmləndirib və buraya zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, habelə minlərlə hərbçi gətirib.

Özkılcık deyib ki, Türkiyə martin 14-də habelə Kürd Xalq Müdafiə Birliyi – YPG-nin nəzarətində olan əraziləri hədələyib. YPG Türkiyənin NATO müttəfiqi ABŞ tərəfindən dəstəklənir.

Politoloq deyib ki, Ankara Rusiya ilə YPG-nin bağlılığı olduğunu düşünür.

Baydenə müraciət

Erdoğan sözü gedən məqaləsində daha sonra yazır:

“Suriya üsyanının 10-cu ildönümündə biz, öldürülmüş və işgəncələrə məruz qalmış yüzminlərlə insanı, yalnız demokratiya, azadlıq və insan haqları tələb etdiyinə görə yurdlarından didərgin düşmüş milyonları unutmamalıyıq. Bəşər əl-Əsəd rejiminin və onun tərəfdarlarının bu legitim tələbləri tapdalaması terrorçuluq və nizamsız miqrasiya da daxil dəhşətli nəticələrə səbəb olub”.

Erdoğan vurğulayıb ki, Suriya münaqişəsi ilə əlaqəsi olan ölkələr bu ilkin səbəbi nədənsə unudurlar.

Türkiyə prezidenti yazır ki, Ankara Suriyada gördüyü tədbirlərlə Avropanı nizamsız miqrasiya və terrordan qoruyub, habelə NATO-nun cənub sərhədlərini mühafizə edib:

“Co Bayden administrasiyası Suriya faciəsinə son qoyulmasına və demokratiyanın müdafiəsinə dair verdiyi kampaniya vədlərinə sadiq qalmalıdır. Türkiyə xalqı bizim suriyalı qonşularımızın maraqlarına və regional sülh və sabitliyə xidmət edəcək bütün təşəbbüsləri qəbul etməyə hazırdır”.

Читайте на 123ru.net


Новости 24/7 DirectAdvert - доход для вашего сайта



Частные объявления в Вашем городе, в Вашем регионе и в России



Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. "123 Новости" — абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Smi24.net — облегчённая версия старейшего обозревателя новостей 123ru.net. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city

«Солисты Москвы» выступили в московской больнице в преддверии Дня медицинского работника

Чиновник Волков обвинил водителей в Коврове в желании нажиться на дорожных ямах

В Москве пенсионер потерял почти 13 млн рублей, поговорив с мошенниками

Тулячка завоевала сразу два призовых места на Всероссийской Специальной Олимпиаде

Музыкальные новости

Путин обратился с приветствием к участникам Спортивных игр стран БРИКС

"Зенит" проведет в межсезонье три контрольные игры

Курорт «Горячинск» поддерживает «Балет на Байкале. Бурятия»

Пожар у станции «Динамо» в Москве потушен

Новости России

В Москве пенсионер потерял почти 13 млн рублей, поговорив с мошенниками

Бобруйчанин пожаловался на новый пол соседа - обратился в суд и даже дошел до Москвы. ´МогилевОнлайн´ узнал, почему Москва Бо...

Рубена Варданяна в бакинской тюрьме заставляли долго стоять, его лишали воды, ему не разрешали мыться и менять белье и одежду

News24: президента ЮАР Рамафосу переизбрали на новый срок

Экология в России и мире

Сэкономить и оторваться с Angsana Velavaru

Социальные и ESG-проекты ГПМ Радио названы лучшими в России

Магазин "Стильпарк" в новой концепции открылся в Москве

Совместное заявление участников круглого стола, приуроченного ко «Дню защиты прав безвинно осужденных»

Спорт в России и мире

Бьянка Андрееску: «Мне нравится, что на траве, поскольку она намного быстрее грунте, меньше времени на раздумья»

«ITF решила пойти по пути WTA и ATP, которые давно допускают россиян» — Янчук

Самсонова вышла в четвертьфинал турнира WTA в Хертогенбосе

Самсонова вышла во второй круг турнира в Хертогенбосе

Moscow.media

Больше функций для комфорта: беспроводные клавиатуры Fstyler FBK26C AS, FBK27C AS и FBK36C AS от A4Tech

Утро нового лета....

Сегодня свой 70-летний юбилей отмечает Заслуженный спасатель Российской Федерации Якубовский Валерий Иванович

Большая часть российских автомобилистов готова перейти на б/у запчасти











Топ новостей на этот час

Rss.plus






Эксперты увидели риск в концертах певицы Тейлор Свифт для ставки в Англии

News24: президента ЮАР Рамафосу переизбрали на новый срок

Чиновник Волков обвинил водителей в Коврове в желании нажиться на дорожных ямах

Спасатели начали поиски двух подростков на реке Урал в Магнитогорске