“Tottenhem”in hücumçusu Harri Keyn böyük ehtimalla gələn mövsüm komandasında oynamağa davam edəcək.
AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, London klubunun rəhbərliyi bombardirindən hələlik ayrılmaq istəmir. Bununla belə, 27 yaşlı ingiltərəli futbolçunun qiymətinin zamanla düşəcəyini də başa düşürlər