Neftin qiymətinin enməsi Azərbaycanın neft gəlirlərinin azalması ilə müşahidə olunur. Təkcə son bir həftədə “qara qızıl”ın bir bareli 50 dollardan 32-35 dollara düşdü. Eyni zamanda, bəzi qonşu ölkələrin yerli valyutalarının dəyərdən düşməsi də Azərbaycanın ticarət əlaqələrinə təsirsiz ötüşmür.