Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər açıq və şəffaf keçirilib, müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib.
Bu fikri AZƏRTAC-a açıqlamasında Belarusda parlament seçkilərini müşahidə edən Milli Məclisin deputatı Sahibə Qafarova söyləyib