Carlo Ancelotti bu il uğurlu nəticə əldə etməyəcəyi təqdirdə Napoli`nin postunu tərk edə bilər.
Yay transfer pəncərəsində Hirving Lozano və Manolas kimi oyunçuları heyətinə cəlb edən Napoli rəhbərliyi bu il baş məşqçidən yüksək nəticələr gözləyir.
Çempionlar Liqasının sahibi Liverpool üzərində qazanılan qələbə, həmçinin səfərdə Juventus`a 4-3 məğlubiyyətə rəğmən komandanın göstərdiyi əzmkar oyun rəhbərliyi çox razı salmışdı. Lakin son zamanlar klub rəhbərlərinin Ancelotti`yə münasibəti dəyişib.
ONBİR Football Italia nəşrinə istinadən xəbər verir ki, Neapolda Cagliari`yə məğlubiyyət və Çempionlar Liqasında Genk səfərində komandanın qələbə qazana bilməməsi rəhbərliyi çox narahat edir.
Xatırladaq ki, Seria A`da altı oyuna on iki xal toplayaraq dördüncü olan Napoli, lider Inter`dən altı xal geri qalır.