ONBİR Marca qəzetinə istinadən xəbər verir ki, yay transfer pəncərəsində Zenit klubunun ən bahalı transferi olan Malcom, kluba transfer olunandan bəri cəmi 65 dəqiqə meydanda olub və 2 aya yaxındır zədə səbəbilə çıxış edə bilmir. Futbolçu uzun müddətdən sonra sakitliyi pozdu:
“Zədə səbəbilə meydanlardan uzaq qalmağım mənə çox təsir edir. Bu, çox zərif bir zədəyə bənzəyir. Bəzən ağrıların keçdiyini düşünürəm, amma topa bərk zərbə vurarkən yenidən geri qayıdır. Azarkeşlər məndən narahat olmamalıdırlar, çünki bərpa prosesim sürətlə davam edir və tezliklə tam hazır vəziyyətdə geri dönəcəm. Söz verirəm ki, geri dönərkən Zenit üçün bacardığımın ən yaxşısını edəcəyəm. Yenidən Çempionlar Liqasında çıxış etmək üçün səbrsizlənirəm.”